BAĞLA
site by dream@rt

İNSAN RESURSLARI SİYASƏTİMİZ

Biz, inkişafın yeniliklərdən qaynaqlandığına inanırıq. Keçmişimiz və dəyərlərimizə sadiq qalaraq gələcəyimizə inamla addımlayırıq. Sizin kimi gənc istedadların komandamızın gücünə güc qatacağına inanırıq. Məhz buna görə biz düşünürük ki, “sizin gələcəyiniz, bizim dəyərimizdir”.

Şirkətimizin əsas məqsədi daimi və davamlı inkişafı təmin etməkdir. Buna görə də hədəflərimizə nail olmaq üçün enerjili və potensiallı kadrları komandamıza cəlb etmək onları peşə təlimləri ilə inkişaf etdirmək, şirkət mühitimizə uyğunlaşdırmaq insan resursları siyasətimizin başlıca istiqamətidir.

Biz, inkişafın yeniliklərdən qaynaqlandığına inanırıq. Fərqli və yeni düşüncə tərzinə sahib, təşəbbüskar və məsuliyyəti üzərinə götürən əməkdaşlarla daha sabit bir inkişafa nail olacağımızı düşünürük.


İŞƏ QƏBUL SİYASƏTİMİZ

Yenilikçilik və ədalət dəyərlərimizə sadiq qalaraq uyğun namizədləri, uyğun zamanda şirkətimizdə müvafiq uyğun vakansiyalara dəyərləndirmək işə qəbul siyasətimizin prioritet istiqamətidir.

Namizədlərin cəlbi prosesində dəyərlərimizə və şirkət prinsiplərimizə uyğunluq ən əsas meyar rolunu oynayır.