BAĞLA
site by dream@rt

MƏMNUNİYYƏT

Müştərilərimizi və əməkdaşlarımızı dinləyərək yaranan problemləri ən qısa zamanda həll etməklə məmnuniyyətlərini təmin etmək ilk işimizdir.

LİDERLİK

Təşkilatı strukturun hansı səviyyəsində çalışılmasından asılı olmayaraq məsuliyyətini daşıdğımız işlərin liderliyini öhdəmizə götürür, işimizi sahiblənirik.

NÜMUNƏVİ OLMAQ

Biz inandığımız dəyərlərimizi yaşatmaqla, inkişafımız və peşəkar fəaliyyətimimiz, davranışlarımız, təqdim etəyimiz məhsul və xidmətlərimizlə nümunəvi olmağı vəzifəmiz bilirik.

ƏDALƏT

İşçilərimiz iş ortaqlarımızla münasibətlərimizdə qarşılıqlı ədaləti korporativ uğurun ən önəmli şərti olaraq görürük. Hər kəsə qarşı hər zaman ədalətli olmaq, ədalətli addım atmaq, ədalətli yanaşmaq, problemləri ədalətli həll etmək bizim əsas prinsipimizdir.

BİRLİK, BÜTÖVLÜK, BAĞLILIQ

Eyni hədəf üçün tək bir komanda olaraq çalışırıq. Uğurumuz şirkətimizin uğuru, şirkətimizin uğuru hamımızın uğurudur. Şirkətimizə bağlıyıq və ondan güc alırıq.

YENİLİKÇİLİK

Gücümüzü yenilikçiliyimizdən və yaradıcılığımızdan alırıq. Tənqidə açığıq, fikirlərə önəm verir və inkişafa yol açırıq.

MƏSULİYYƏT

Biz atdığımız hər bir addımın məsuliyyətini daşıyır, məsuliyyətlərimiz çoxaldıqca böyüyürük.