BAĞLA
site by dream@rt

TƏCRÜBƏ PROQRAMLARI

VİA-nın Məqsədi (VİA – Veysəloğlu ilk addım)
- Seçilmiş universitetin, müvafiq fakultələrinin məzunlarının məşğulluqla təmin etmək;
- Şirkətlər qrupunun bir sıra departamentlərində mütəxəssis və üstü vəzifələr üzrə dayanıqlı işçilərlər təmin etmək.

VİA-nın müddəti
- Təcrübə, Öyrənmə, İnkişaf və dəyərləndirməni əhatə edən 5 aylıq müddət.

VİA-nın Üstünlükləri
- Veysəloğlu Qrup MMC-nin aparıcı direktorluq, departamentlərinin hər birində mentorun istiqamətləndirməsi ilə öyrədici və ödənişli təcrübə;
- Orientasiya təlimləri də daxil olmaqla, ümumi idarəetmə, maliyyə idarəsi, İR idarəetməsi, Logistika, hüquq, Emosional İntellekt, Müştəri Məmnuniyyəti, Ünsiyyət və bu kimi əsas biznes vərdişlərinə əsaslanan təlimlər;
- Şirkət rəhbərləriin dəvətli qonaq qismində cəlb edildiyi müzakirələr;
- Strateji düşünmə və təqdimat bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar.


UNİVERSİTETLƏRLƏ ƏLAQƏLƏR

Universitetlər bizim uğurumuzun beşiyidir. Məhz, bu səbəblə tələbələrin universitetlərdən qazandıqları nəzəri biliklərlə yanaşı onların iş həyatından praktiki vərdişlər qazanmaları, iş ortamının gerçəklərinə uyğun yetişmələri üçün şirkətimiz universitelərlə daim qarşılıqlı əlaqələr içərisində fəaliyyət göstərmişdir. Bu əməkdaşlıqdan həm şirkətimiz, həm univeristetlər, həm də tələbələr faydalanmışdır.

Bu əməkdaşlıq həm VİA proqramı vasitəsi ilə, həm də tələbələrin daha qısa spesifik sahələr üzrə təcrübə əldə etmələri şəklində reallaşır.