VEYSƏLOĞLU ŞİRKƏTLƏR QRUPU

Müstəqil Azərbaycanın ilk illərində neft sektoru ilə yanaşı qeyri-neft sektoruna olan diqqət, özəl sektorun inkişafına yönələn məqsədyönlü və düzgün düşünülmüş siyasətin nəticəsi olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasında sahibkarlığın inkişafı mühüm yer tuturdu.

 

 

2016-CI İLİN I YARISINDA AZƏRBAYCANDA SAHİBKARLIĞIN İNKİŞAF DİNAMİKASI

  • Özəl sektor ÜDM-də 81,2 faiz, vergi daxilolmalarında isə 70,9 faiz təşkil edir.
  • Məşğulluğun 40,7 faizi özəl sektor tərəfindən təmin edilir.
  • Adambaşına düşən ÜDM-in həcmi 3953.0 manat təşkil etmişdir.
  • Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,0 faizini təşkil edir.
  • Qeyri-neft sektorunun ÜDM-də payı 65,7 faizə çatmışdır.
  • Sahibkarların 36,1 faizi Bakı şəhərində, 63,9 faizi regionlarda fəaliyyət göstərir.
  • Sahibkarların 14,6 faizini hüquqi şəxslər, 85,4 faizini isə fiziki şəxslər təşkil edir.

 


TARİXİMİZ

Əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisadi inkişafın mövcud bir dönəmində özəl sektorun yaradılması ölkə iqtisadiyyatına öz müsbət tövhəsini verməkdə idi.  

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış Veysəloğlu Satış və Distribütor Şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Düzgün hədəf, düzgün seçim, düzgün qərar və birgə iş bu Şirkəti uğurdan-uğura aparırdı. Mehriban kollektiv və məsuliyyətli yanaşma qarşıya qoyulmuş hədəfləri dəf etməyə yardımçı olurdu.

 

 

İldən ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş Veysəloğlu Satış və Distribütor Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilmişdir. 

 

 

Şirkətimizin Bakı şəhərində yerləşən Mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı vardır. Mərkəzdən uzaqda yerləşsələr də hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub. 

 

 

MƏQSƏDİMİZ

Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir.

Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçı fabriklər ilə distribütorluq səviyyəsində çalışırıq. Şirkətimizin müasir anbar infrastrukturuna  malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının  distribütorluğunu həyata keçirməsi inkişafımıza daima təkan verir.

 

 

Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hal hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.

Bunun nəticəsi olaraq satışını təşkil etdiyimiz məhsullara olan tələbatın artması nəticəsində son bir ildə şirkətdə çalışanların sayı sürətlə artmışdır. Bu səbəbdəndir ki, Şirkətimizin təqribən 80%-i gəclərdən ibarətdir. Çox sevindirici haldır ki, şirkətimizin bir çox vəzifəli şəxsləri vaxtı ilə bu şirkətdə sıravi işdə çalışmış insanlardır. Bu isə daxili nizam intizam, motivasiya, ədalətlilik və çalışqanlılığın göstəricisidir və bütün bunlar düzgün satış komandasının formalaşmasına, inkişaf etməsinə ciddi təsir göstən amildir.

 

 

ƏHATƏ DAİRƏMİZ

Əməkdaşlıq etdiyi xarici istehsalçı fabriklərlə distribyuterlik səviyyəsində çalışan Veysəloğlu Satış və Distribyuter Şirkəti düstribütoru olduğu şirkətlərin məhsullarının öncə Bakı şəhərində, az bir müddətdən sonra isə Azərbaycanın bütün bölgələrində satışını təşkil etməkdədir.

Baş ofisi, iki filialı və 9 regional local ofisləri olan şirkətin həmçinin xüsusi dəmir yolu da mövcuddur.

Şirkətimiz, hazırda qida sənayesində dünyanın ən iri ölkələri olan Rusiya, Ukrayna, Belorusiya, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, Portuqaliya, İtaliya, Vietnam və s.kimi ölkələrlə əməkdaşlıq edir. Hazırda Şirkət dünyanın 20-dən artıq ölkəsinin 100-dən çox fabriki ilə əməkdaşlıq edir.

 

 

Ümumiyyətlə Veysəloğlu Şirkətlər Qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına böyük əhəmiyyət verir. Bunun üçün daxildə və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirdir.

Veysəloğlu Satış və Distribyuter Şirkəti müştərilərinə göstərdiyi keyfiyyətli xidməti daha yaxşılaşdırmaq, alıcılar arasında artan nüfuzunu və gücünü qoruyub saxlamaq üçün yüksək standartlara cavab verən müasir texnologiyaların uğurlarından  bacarıqla istifadə edir.

Şirkət əlaqədə olduğu bütün firmaların məhsullarını ən yeni texnologiya və avadanlıqlarla idxalını həyata keçirməkdədir.

 

 

İSTEHSALAT

Veysəloğlu Şirkətlər Qrupu əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaratmışdır. Şirkət insan amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel iistehsalına başlamışdır. “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi.

 

 

Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “ULDUZ” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılmış və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulmuşdur.

 


MİSSİYAMIZ

Şirkətimiz peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici univerisitetlərdə təhsil almış savadlı, təcrübəli mütəxəssislərdən ibarət bir kollektiv ilə daima inkişafa doğru addımlayır. 

Müştərilərə keyfiyyətli satış, xidmət göstərmək, həmçinin sahədə olan əməkdaşlarımızın müştərilərlə yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsi ilə online olaraq məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə  çatdırılır.

Missiyamız Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək səviyyəli satış xidməti göstərməkdir. 

Yarandığı ilk gündən uğurlu və xeyirxah bir yolda cəsarətli addımlar atan Veysəloğlu Şirkətlər Qrupu bundan sonra da qarşıya qoyduğu məqsədə doğru inamla gedəcək və Azərbaycan iqtisadiyyatına öz təkrarsız töhvəsini verəcəkdir.

Bir də hələ qarşıda nə qədər keçiləsi yol, açılası səhər var. Axı Veysəloğlu Şirkətlər Qrupu bu günlə bərabər, həm də sabahın, gələcəyin şirkətidir.