BAĞLA
site by dream@rt
Gallery Image 43

Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir.

Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçı fabriklər ilə distribütorluq səviyyəsində çalışırıq. Şirkətimizin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının distribütorluğunu həyata keçirməsi inkişafımıza daima təkan verir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hal hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.

Bunun nəticəsi olaraq satışını təşkil etdiyimiz məhsullara olan tələbatın artması nəticəsində son bir ildə şirkətdə çalışanların sayı sürətlə artmışdır. Bu səbəbdəndir ki, Şirkətimizin təqribən 80%-i gəclərdən ibarətdir. Çox sevindirici haldır ki, şirkətimizin bir çox vəzifəli şəxsləri vaxtı ilə bu şirkətdə sıravi işdə çalışmış insanlardır. Bu isə daxili nizam intizam, motivasiya, ədalətlilik və çalışqanlılığın göstəricisidir və bütün bunlar düzgün satış komandasının formalaşmasına, inkişaf etməsinə ciddi təsir göstən amildir.