BAĞLA
site by dream@rt
Gallery Image 44

Şirkətimiz peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici univerisitetlərdə təhsil almış savadlı, təcrübəli mütəxəssislərdən ibarət bir kollektiv ilə daima inkişafa doğru addımlayır.

Müştərilərə keyfiyyətli satış, xidmət göstərmək, həmçinin sahədə olan əməkdaşlarımızın müştərilərlə yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsi ilə online olaraq məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə  çatdırılır.

Missiyamız Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək səviyyəli satış xidməti göstərməkdir. Yarandığı ilk gündən uğurlu və xeyirxah bir yolda cəsarətli addımlar atan Veysəloğlu Şirkətlər Qrupu bundan sonra da qarşıya qoyduğu məqsədə doğru inamla gedəcək və Azərbaycan iqtisadiyyatına öz təkrarsız töhvəsini verəcəkdir. Bir də hələ qarşıda nə qədər keçiləsi yol, açılası səhər var. Axı Veysəloğlu Şirkətlər Qrupu bu günlə bərabər, həm də sabahın, gələcəyin şirkətidir.