BAĞLA
site by dream@rt
 
Gallery Image 46

“Veysəloğlu”  Şirkətlər Qrupu xarici investorlar və maliyyə institutları ilə əməkdaşlığa daima açıqdır. Holdinq həyata keçirdiyi biznes layihələrinə xarici investorları tərəfdaş kimi görməkdən məmnundur.

2007-ci ildən “Veysəloğlu”  Şirkətlər Qrupu EBRD ilə əməkdaşlıq  edir ki, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr hər iki tərəf üçün yüksək mənffətlə tamamlanıb. Yeni istehsal sahələri və lojistik mərkəz layihələri həyata keçirilib.

Eyni zamanda “Veysəloğlu”  Şirkətlər Qrupu daxili strukturun inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq xarici konsultantların fəaliyyətindən də bəhrələnir.

2016-cı ildə korporativ idarəetmədə təkmilləşmə aparılması məqsədi ilə IFC şirkəti ilə əməkdaşlığa başlanıldı.

“Veysəloğlu”  Şirkətlər Qrupunda hər il mütəmadi olaraq maliyyə auditi aparılır. Bu istiqamətdə Grant Thornton şirkəti ilə əməkdaşlıq edilib. Son olaraq auditin nəticələri investorlarımıza təqdim edilir.