BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” “Şirkətimiz övladlarımızın gözü ilə” adlı əl işləri müsabiqəsi keçirdi

03.09.2014

“Veysəloğlu” Şirkətlər Qrupunun 20 illik yubleyi çərçivəsində həyata keçirdiyi növbəti tədbirlərdən biri də “Şirkətimiz övladlarımızın gözü ilə” adlı əl işləri müsabiqəsi oldu. Elan olunduğu gündən böyük sevgi və həvəslə qarşılanan müsabiqəyə şirkət əməkdaşlarının övladları tərəfindən bir sıra rəsm və toxunma əl işləri təqdim olunmuşdur. 

Qalibləri Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov cənabları təbrik edərək onlara şirkətlər qrupunun adından pul mükafatları və müxtəlif qiymətli hədiyyələr təqdim etmişdir.