BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkətlər Qrupu və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə yardım kampaniyalarına start verilib

19.06.2015

Hər il Ramazan ayında olduğu kimi bu il də Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə yardım kampaniyalarına start verilib. Belə ki, ixtisaslaşmış Qeyri Hökumət Təşkilatları qeydiyyatında olan kimsəsizlər, əlillər, aztəminatlı ailələrlə görüşlər keçirilərək onlara müxtəlif zəruri əşyalar verilir və ərzaq yardımı göstərilir.

Bu il də müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar olaraq 17.06.2015-ci il tarixində Veysəloğlu şirkəti Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində ehtiyacı olan ailələrə baş çəkərək onlara ərzaq payı təqdim etmiş, rəhbərlik və kollektivin təbriklərini çatdırmışlar.

Yardım alan vətəndaşlar da öz növbəsində təşəkkürlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə sevinclərini bölüşmüşlər.

Qeyd edək ki, yardım kampaniyasının davam edəcəyi gözlənilir.

“Veysəloğlu” MMC tərəfindən kimsəsizlərə, əlillərə, aztəminatlı ailələrə göstərilən xeyirxah dəstəyə görə Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi adından şirkətin rəhbərliyinə və bütün kollektivinə dərin təşəkkür ifadə olunmuşdu.