BAĞLA
site by dream@rt
 

Veysəloğlu şirkətinin dəstək olduğu gənc şahmatçı avropa ikincisi oldu

09.07.2015

Türkiyənin Konya şəhərində 24 iyun -  03 iyul  2015-ci il tarixləri arasında 13 yaşlı məktəblilər arasında şahmat üzrə Avropa çempionatı keçirilib. Qitə birinciliyndə Veysəloğlu Şirkətinin dəstək olduğu azyaşlı şahmatçı Kənan Qarayev də iştirak edib. Çempionatda bütün qarşılaşmalarını uğurla başa vuran şahmatçımız 2-ci yerə layiq görülüb. Gümüş medal və kubokla təltif edilən Kənan Qarayev “İdman ustalığına namizəd” adını da qazanıb.

Qeyd edək ki, Avropa birinciliyndə ev sahibi Türkiyə ilə yanaşı Azərbaycan, Rusiya, İngiltərə, Bolqarıstan, Danimarka, Albaniya, Rumıniya, Finlandiya, Gürcüstan, Moldova və İspaniyadan ümumilikdə 682 şahmatçı mübarizə aparıb. Komanda hesabında isə Türkiyə 1-ci, Rusiya 2-ci, Azərbaycan 3-cü yerə çıxıb.

Gənc şahmatçımız Kənan Qarayev, eləcə də digər mükafatçılarımızı bu uğuru münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərlik və kollektivi adından təbrik edir, gələcək yarışlarda daha yüksək nəticələr əldə etməsini arzulayırıq.