BAĞLA
site by dream@rt
 

Beynəlxalq şahmat turnirində həmyerlimiz 3 qızil medala sahib çıxdı

15.07.2015

Bolqarıstanda “Dünya şahmat ümidləri” adı altında keçirilən 9-cu Beynəlxalq şahmat turnirində həmyerlimiz birinciliyin sahibi olub. Belə ki, 24.06.2015 – 14.07.2015-ci il tarixləri aralığında  Varna şəhərində təşkil olunan yarışda 4 yaş qrupu üzrə 92 şahmatçı mübarizə aparıb.  İştirakçılar şahmatın “Blitz”, “Fişer” və “Klassik” növləri üzrə ən güclünü müəyyənləşdiriblər.

VEYSƏLOĞLU Şirkətlər Qrupunun dəstəyi ilə yarışa qatılan gənc şahmatçımız Aydın Süleymanlı uğurlu çıxış edib.  Hər 3 növdə bütün rəqiblərini üstələyərək 3 qızıl medal qazanan təmsilçimiz iki fərqli diplomla təltif olunub.

Qeyd edək ki, “Dünya şahmat ümidləri” turnirində ev sahibi Bolqarıstanla yanaşı Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Türkiyə və Fransa şahmatçıları iştirak ediblər.