BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkətlər Qrupu bir qrup aztəminatlı, şəhid ailələri, əlil və veteranları Qurban bayramı münasibəti ilə təbrik edib

09.09.2016

Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi müsəlman aləminin müqəddəs Qurban bayramı münasibət ilə Nizami rayon Keşlə Bələdiyyəsində qeydiyyatında olan bir qrup aztəminatlı, əlil və veteran  ailəsinə, həmçinin “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin Sabunçu rayon şöbəsində qeydiyyatında olan şəhid ailəsini təbrik edib, onlara bayram sovqatı təqdim edib.

Bundan başqa şirkət tərəfindən “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyin Nizami rayon şöbəsində qeydiyyatda olan ailələrə, “Azərbaycan respublikası Bakı müharibə əlil və veteranları” İctimai Birliyinin Nəsimi rayon şöbəsində qeydiyyatda olan ailələrə də bayram payları çatdırılmışdır.

Eyni zamanda şirkət tərəfindən “Azərbaycan respublikası əlillər cəmiyyəti”nin Binəqədi rayon şöbəsində qeydiyyatda olan bir qrup Qarabağ veteranları da bayram münasibəti ilə təbrik edilib.