BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkəti daha bir xeyriyyə tədbirinə dəstək oldu

31.01.2017

31 yanvar tarixində paytaxtın Oazis restoranında “Təmiz dünya” ictimai birliyi, Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanlarına Kömək Fondu, “BakuPress” Milli İnformasya Agentliyi və “İnternews Azərbaycan”ın təşkilatçılığı ilə “Gənclərin gələcəyi naminə” xeyriyyə tədbiri keçrildi.

Veysəloğlu Şirkətinin də xeyriyyəçi qismində iştirak etdiyi tədbirə bir sıra nazirliklərin, dövlət qurumlarının, təşkilatların rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və mədəniyyət işçiləri qatılmışdılar.

Tədbirin sonunda iştirakçılara “Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova təşəkkürnamələr təqdim etdi.

Qeyd edək ki, tədbirdə toplanan ianə sonda elan olunaraq DİN-nin İnsan Alveri Qurbanlarının kömək fondunun hesabına köçrüldü.