BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” şirkətlər qrupu Caspian Energy Forum Baku-2017-nin sponsoru oldu

27.03.2017

“Veysəloğlu” şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com)  sponsoru oldu.

“Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamlar ticarət əməliyyatları sahəsi ilə yanaşı, sənaye istehsalatında da qeyri-neft sektorunun inkişafına yol açır. Dünya üzrə 20-dən çox dövlətlə geniş əməkdaşlıq bazasına sahib olan bir şirkət kimi biz idxal-ixrac əməliyyatlarını genişləndirməyi planlaşdırırıq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. CaspianEuropean Club(CaspianBusiness Club) tərəfindən təşkil olunanCaspian Energy Forum-unsponsoru olmaqla biz “İnkişafın xammal mərhələsindən ixracyönümlü iqtisadiyyata keçid” sessiyasını dəstəklədik. Əminəm ki, qarşıdan gələn forum çərçivəsində biz həmçinin şirkətimizin gələcək uğurlu beynəlxalq inkişafı üçün lazımi əlaqələr quracağıq”, - deyə “Veysəloğlu” şirkətlər qrupu prezidentinin maliyyə və strateji inkişaf işləri üzrə müşaviri İlqar Nuri bildirib.

“Veysəloğlu” şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir. Onun sponsor qismindəCaspian Energy Forum-udəstəkləməsi şirkətlərin öz aralarında ünsiyyət qura, coğrafi əməkdaşlığı genişləndirə, yeni əlaqələr yarada, innovasiya məhsullarını təqdim edə və bu gün üçün aktual olan məsələlərin həlli üçün dövlət orqanları ilə dialoqda fəal iştirak edə biləcəkləri informasiya meydanının mühümlüyünü bir daha sübut edir”, - deyə CaspianEuropean Club(CaspianBusiness Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

“Veysəloğlu” ticarət və distribütor şirkəti  yüksək səviyyəli xidmət göstərən müasir ticarət holdinqidir. Şirkət dünya üzrə 20-dən çox ölkədə 116 fabrik ilə əməkdaşlıq edir. 2001-ci ildə “Ulduz” şokolad fabriki fəaliyyətə başlayıb ki, bu da Azərbaycanda qənnadı mallarının və qida məhsullarının istehsalı sahəsinin inkişafına güclü təkan verib.

Qeyd edək ki,Caspian Energy Forum-2017-də Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov; Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev; Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Akademik Ziyad Səmədzadə; Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə; Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri Aydın Əliyev;  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov; Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov;  Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə energetika departamentinin rəhbəri Aidə Sitdikova və digərləri öz iştiraklarını təsdiqləyiblər.

Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə heyyəti iştirak edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.