BAĞLA
site by dream@rt
 

Ulduz şokolad fabriki - ilin qənnadı fabriki seçildi

13.04.2017

Bakıda “BOULEVARD Hotel Baku”da 14-cü Beynəlxalq “Caspian Energy Award - 2016” Mükafatının və 2-ci Beynəlxalq “Caspian Business Award - 2016” Mükafatının təqdimat mərasimi təşkil edilib.

“Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında il ərzində əldə etdiyi nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

“Caspian Energy Award” və “Caspian Business Award” Beynəlxalq mükafatları bu il 15-ci ildönümünü qeyd edən Caspian European Club-un vəCaspian Energy InternatioanlMedia Group-un dəstəyi ilə həyata keçirilir. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisin (parlamentinin) iqtisadi siyasət, sənaye və sahibkarlıq komiyəsinin sədri, Akademik Ziyad Səmədzadə qeyd etdi ki, bugünkü mərasim Azərbaycan iqtisadiyyatının inkişafı üçün qərəzsiz işləyən və bu sahədə uğurlu nəticələr əldə edən, ölkə üçün dəyərli olan şəxsiyyətləri bir araya gətirmişdir. «Biz illərlə ölkəmizdə baş verənləri müşahidə edirik. İldən-ilə bizim uğurlarımız və nailiyyətlərimiz artır, o cümlədən Azərbaycanın beynəlxalq arenadakı rolu da getdikcə artır», - deyə o, sahibkarların, işgüzar biznes insanlarının və dövlət strukturlarının birgə əməkdaşlığa cəlb edilməsində Klubun böyük rolunun olduğunu vurğulamışdır. «Əminəm ki, sizin komandanız ilə birgə biz sabitliyə, Azərbaycan iqtisadiyyatında bütün göstəricilərin yaxşılaşdırılmasına və inkişafına nail olacağıq», - deyə o, nitqində ifadə etmişdi.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev gömrük orqanlarının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirmişdir. «Sizin hamınızı əmin edirəm ki, gömrük orqanlarında aparılan islahatlar və modernizasiya, Azərbaycan sahibkarlarının və Azərbaycan iqtisadiyyatının dəstəyi bundan sonra da davam etdiriləcəkdir», - deyə o xüsusi qeyd etdi.

«Mən Azərbaycanın İKT sektorunda uzun illər ərzində həyata keçirdiyim fəaliyyətimə verdikləri qiymətə görə Kluba öz dərin minnətdarlığımı bildirirəm. Bu gün burada yığışmış hər bir şəxsin, hökumət orqanının və şirkətlərin məqsədi ölkəmizin inkişafına xidmət etməkdən ibarətdir», - deyə bu yolda bütün namizədlərə uğur arzulayan Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bildirdi.

“Caspian European Club2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin və Caspian Energy İnternationalMedia Group-un dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir”, - deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib. Telman Əliyevin sözlərinə görə, bu gün CaspianEuropean Club öz sıralarında dünyanın 50 ölkəsindən 5000-dən artıq şirkət və təşkilatı birləşdirir.

“Məhz Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dəstəyi  nəticəsində CaspianEuropean ClubXəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyət göstərən iri, nüfuzlu, beynəlxalq təşkilatlarından birinə çevrilmişdir”, - deyə Telman Əliyev vurğulayıb.

Telman Əliyev tədbir iştirakçılarının adından Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınaCaspian Energy InternationalMedia Group-un və Caspian European Club-un fəaliyyətinə verdiyi dəstəyə görə öz dərin minnətdarlığımızı bildirdi.

Çıxışının sonunda Telman Əliyev uzun illər ərzində Klubun fəaliyyətində göstərdikləri dəstəyə və məhsuldar əməkdaşlığa görə dövlət qurumları, şirkət və təşkilat rəhbərlərinə minnətdarlığını bildirib, mükafata layiq görülən bütün nominantları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

4-cü BeynəlxalqCaspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, “PolyMart” MMC, Cross Caspian Oil and Gas Logistics LLC, “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti və ASE EXPRESS & OCS, DSV, partnyorları “Azpetrol Ltd” MMC, Zenith Energy Ltd., AzMetco ASC, SOCAR Azneft İstehsalat Birliyi, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodu, “NABUCCO A&C” MMC, “SİNAM” MMC, “Nərimanfilm” MMC, “Azəravtoyol” ASC, “SOCAR Polymer” MMC-dir.