BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu Böyük Vətən Müharibəsi veteranları, onların ailə üzvləri və ağsaqqallarla görüş keçirib

09.05.2017

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının təşkilatçılığı və “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyilə  Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsi veteranları, onların ailə üzvləri və ağsaqqallarla görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, “Veysəloğlu” Şirkətlər Qrupunun Ümumi İşlər şöbəsinin müdiri Fərhad Məcidov, Nizami Rayon Veteranlar təşkilatının sədri Yəhya Ağayev və başqaları çıxış edərək xalqımızın igid oğul və qızlarının 1941-1945-ci illərdə göstərdikləri rəşadət nümunəsindən danışıblar, alman faşizmi üzərində qazanılan qələbədə Azərbaycan döyüşçülərinin və arxa cəbhədə çalışanların böyük pay sahibi olduqlarını bildiriblər.

Tədbirdə çıxış edən veteranlar müharibə illərinin döyüş xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərindən təşəkkür ediblər. Sonda görüş iştirakçılarına hədiyyələr verilib.

Qəzetlər