BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə yazı müsabiqəsi keçirir

30.05.2017

“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir. Müsabiqə əsasən 5 istiqamət üzrə müəyyənləşdirilib:

  • Ø Yerli istehsal və ixracatın stimullaşdırılması;
  • Ø Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər;
  • Ø Yerli şirkətlər və korporativ sosial məsuliyyət;
  • Ø Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər;
  • Ø Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu.

Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaqdır.

Qeyd edək ki, müsabiqə üçün yazılar 2017-ci il iyun ayının 3-dən iyul ayının 3-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.