BAĞLA
site by dream@rt

İŞƏ MÜRACİƏT QAYDALARI

Şirkətimizə işə qəbul olmaq barəsində suallarınız var? Hələ də işə müraciət etməyin nə qədər çətin olduğunu düşünürsünüzsə, artıq bu düşüncənizdən daşının. Çünki biz, sizlərin mümkün qədər rahat, tez və yorulmadan şirkətimizə müraciət etməyiniz üçün çalışırıq. 

Əgər sizdə hələ də bu və digər hərhansı suallar varsa, elə isə bizim işə qəbul qaydalarımızla tanış olun.

 

Bizim işə müraciət üsulumuz iki cürdür:

1.     Birbaşa müraciət

Siz hər həftənin müəyyən olunmuş günündə ofisimizə yaxınlaşıb
ilkin görüş mərhələsinə qatılmaq üçün sıra nömrəsini əməkdaşlarımızdan əldə edə bilərsiniz.

2.     Elektron müraciət

Əgər siz olduğunuz yerdən işə müraciət etmək istəyirsinizsə, o zaman bizə həm sosial şəbəkələrdəki adreslərimizdən, həm saytımızdan, həm də email adresimizə öz CV-nizi göndərməklə müraciət edə bilərsiniz.


İŞƏ QƏBUL SXEMİ

1
İlkin müraciətlərin dəyərləndirilməsi

2
Vakansiyadan asılı olaraq ilkin müsahibə

3
Test mərhələsi

4
İşə qəbul komissiyasıilə müsahibə

5
Uyğun namizədə iş təklifinin edilməsi

6
Sənədlərin hazırlanması və rəsmişləşdirilməsi dəyərləndirilməsi

7
Oriyentasiya günü