Rəşad İbrahimov
İdarə Heyətinin sədri

Rəşad İbrahimov ali təhsilini Bakı Dövlət Universitetində “Sosial Elmlər, Psixologiya və Politologiya” fakültəsində bakalavr və magistratura dərəcələri üzrə alıb.

Peşəkar fəaliyyətinə 2004-cü ildə “Veysəloğlu Distribusiya” şirkətində Satış təmsilçisi qismində başlayan Rəşad İbrahimov 2009-cu ildən etibarən şirkətin müxtəlif şöbələrində Satış müdiri, 2014-cü ildən isə “Araz Supermarket”in Bölgə müdiri, Format müdiri və Satış Əməliyyatları Departamentinin müdiri vəzifələrində çalışıb.

Rəşad İbrahimov SPAR International-ın müxtəlif ölkələrdə pərakəndəçilik fəaliyyətlərinin öyrənilməsində, satış təlim və konfranslarında iştirak edib, Harvard Biznes Məktəbinin “Liderlər üçün maliyyə” kursunun sertifikatını qazanıb.

Rəşad İbrahimov 2020-ci ilin yanvar ayında “Araz Supermarket”in İdarə Heyətinin üzvü (Satış əməliyyatları üzrə) vəzifəsinə, həmin ilin dekabr ayında isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.