Vüqar Hacıyev
İdarə Heyətinin üzvü (Maliyyə üzrə)

Vüqar Hacıyev 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” fakültəsini bitirib. Peşəkar fəaliyyətinə 1998-ci ildə “Aztelekom” İB-də mühasib qismində başlayıb və baş mühasibin müavini vəzifəsinə qədər yüksəlib. Müxtəlif illərdə “AzEuroTel” BM-də baş mühasib, “Azerfon” MMC-də (Nar Mobile) baş mühasib, “PAŞA Sığorta” ASC-də Maliyyə Direktoru və İdarə Heyətinin üzvü, Azerconnect şirkətində törəmə şirkətlərin maliyyə rəhbəri olaraq çalışıb.

2006-2020-ci illərdə dünyanın böyük marketinq şirkəti olan “JCDecaux” şirkətinin Azərbaycan üzrə Maliyyə və Vergi məsləhətçisi olub, bir neçə bankda Daxili Audit və Müşahidə Şurası üzvü kimi fəaliyyət göstərib. “Dünya Bankı” və “UNDP Azərbaycan” təşkilatlarının layihələrində təlimçi qismində çıxış edib. Müxtəlif ölkələrdə maliyyə, korporativ idarəetmə, büdcə və maliyyə təhlili, risklərin idarə edilməsi və s. mövzularda təlimlərin iştirakçısı olub.

Vüqar Hacıyev 2019-cu ildən karyerasını “Araz Supermarket”in İdarə Heyətinin üzvü (Maliyyə üzrə) vəzifəsində davam etdirir. Maliyyə, Hüquq, Maddi vəsaitlər strukturlarına rəhbərlik edir.