Sübhan Qasımlı
İdarə Heyətinin üzvü (Maliyyə üzrə)

20 ilə yaxın iş təcrübəsi olan Sübhan Qasımlı Veysəloğlu Şirkətlər Qrupuna 2020-ci ildə qatılıb. Hazırda “AVT Logistics”də İdarə Heyətinin üzvü (Maliyyə üzrə) kimi çalışır, Maliyyə və Maddi vəsaitlər strukturlarına nəzarət edir.

Sübhan Qasımlı bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” fakültəsində, magistratura təhsilini isə Qafqaz Universitetində alıb. O, həmçinin İdarəetmə uçotu üzrə Mühasiblər İnstitutunda (CIMA) təhsilinə yiyələnib. Maliyyə sahəsində bir sıra yerli və beynəlxalq təlim və konfransların iştirakçısı olan Sübhan Qasımlı İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.

Sübhan Qasımlı eyni zamanda pedaqoji fəaliyyətlə məşğuldur. O, ADA Universitetinin Biznes Məktəbində professor, “Barattson School of Business & Finance” şirkətində təlimçi olaraq fəaliyyət göstərir.