Pərviz Qasımov
İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə)

20 ildən artıq logistika, kadr planlaması, İnsan Resursları, təlim və inkişaf sahəsində mütəxəssis, daha sonra rəhbər olan Pərviz Qasımov Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətinə 2020-ci ildə “AVT Logistics”də İnsan Resursları Departamentinin müdiri kimi başlayıb. Hazırda şirkətin İdarə Heyətinin üzvüdür (İnsan Resursları üzrə). İnsan resursları, SƏTƏM, Təchizat və İnzibati işlər strukturlarına rəhbərlik edir.

Bakalavr təhsilini Qafqaz Universitetinin “İnzibati idarəetmə, dövlət və bələdiyyə idarəetməsi” fakültəsində alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənayenin təşkili və idarəetməsi” fakültəsinin, ABŞ-ın Corc Vaşinqton Universitetinin Layihə İdarəetmə Məktəbinin məzunudur.

Pərviz Qasımov müxtəlif illərdə “Aztexnika” şirkətində İR direktoru, “Azərtexnolayn” şirkətində Polad Boru Zavodunun direktoru, SOCAR, “Azneft” İB-də İR Departamenti müdiri, SOCAR Baş Ofisində Təlim və İnkişaf şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 

İnsan Resursları və idarəetmə mövzularında məruzəçi və təlimçidir.