Elnur Qardaşov
İdarə Heyətinin üzvü (Biznesin İnkişafı üzrə)

Karyerasına 2013-cü ildən Veysəloğlu Şirkətlər Qrupunda davam edən Elnur Qardaşov hazırda "OBA" marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (Biznesin İnkişafı üzrə) kimi çalışır.

Elnur Qardaşov Xəzər Universitetinin “Beynəlxalq əlaqələr” fakültəsində təhsil alıb.

O, müxtəlif illərdə anbar əməliyyatları üzrə mütəxəssis, İnventarizasiya bölməsinin müdiri, Təftiş şöbəsində böyük mütəxəssis, Daxili Nəzarət Departamentinin müdiri kimi çalışıb. Fəaliyyəti dövründə bir çox proseslərdə təkmilləşdirmə və risklərin qarşısının alınması istiqamətində işlər görülüb.

"Risklərin idarə olunması", "ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri" təlimlərində iştirak edən Elnur Qardaşov "ISO 9001:2015 Internal Auditor Quality Management Systems", "Effektiv ünsiyyət və hisslərin idarə olunması", "Layihələrin idarə olunması" sertifikatlarının sahibidir.