Eldəniz Quliyev
İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə)

2019-cu ildən Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətə başlayan Eldəniz Quliyev hazırda "OBA" marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) kimi çalışır. İnsan resursları, SƏTƏM, Təsərrüfat və Ümumi işlər strukturlarına rəhbərlik edir.

O, bakalavr təhsilini Mərmərə Universitetinin "İqtisadi İdari Elmlər" fakültəsində, magistratura təhsilini isə həmin universitetin "Kapital Birjası" fakültəsində alıb.

15 ildən artıq iş təcrübəsi dövründə Eldəniz Quliyev “Azərinşaatservis” MMC-də İR Departament müdiri, “Hidro Group” MMC-də İR Direktor, "Glensol" MMC-də İR Departament müdiri, “Azertexnolayn” MMC-də Texniki Avadanlıqlar zavodunun müdiri və "AVT Logistics" şirkətində İR direktoru vəzifələrində çalışıb.

Eldəniz Quliyev fəaliyyət istiqaməti ilə bağlı yerli və beynəlxalq qurumların nüfuzlu təlim proqramlarında iştirak edib. ISO 14001:2015, ISO TS 16949: 2009, APQP, PPAP, FMEA, Competency Based Interview Technics kimi sertifikatların sahibidir.