Pərviz Təhməzli
İdarə Heyəti sədrinin müavini (Əməliyyatlar üzrə)

Veysəloğlu Şirkətlər Qrupuna 2006-cı ildə qatılan Pərviz Təhməzli müxtəlif illərdə satış təmsilçisi, satış müdiri, marka müdiri, kateqoriya müdiri, marketinq şöbəsinin müdiri, Eksklüziv üzrə Biznes İnkişafı Departamentinin müdiri, "VG" (Veyseloglu Georgia) şirkətində Marketinq Departamentinin müdiri vəzifələrində çalışıb. Hazırda “Veysəloğlu Distribusiya” şirkətində İdarə Heyəti sədrinin müavini (Əməliyyatlar üzrə) kimi fəaliyyətini davam etdirir.

İlk ali təhsilini Naxçıvan Dövlət Universitetinin “Alman-ingilis dili” fakültəsində, ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində alıb.

Marketinqin əsasları, biznesin inkişafı üzrə yerli və xarici təlimlərdə iştirak edib.