David Kaldani
İdarə Heyətinin sədri

2018-ci ildən Veysəloğlu Şirkətlər Qrupuna qatılan David Kaldani “VG” (Veyseloglu Georgia) şirkətində İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Təşkilati strukturun yenilənməsi, əsas müştərilərlə münasibətlər, yeni əməkhaqqı və motivasiya sistemlərinin qurulması, Kutaisidə regional anbarın açılışı, satış strukturunun əməkdaşları üçün təlim kursunun keçirilməsində fəal iştirak edib.

Ali təhsilini Gürcüstan Texniki Universitetinin “İqtisadiyyat” fakültəsində alıb.

David Kaldani danışıqların aparılması, effektiv satışlar,  distribusiyanın idarəedilməsi və digər mövzularında dərin biliklərə malikdir.