- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
2008-ci ildən Veysəloğlu Şirkətlər Qrupuna qatılan Mirzəbəy Əbilov müxtəlif illərdə satış təmsilçisi, supervayzer, filial müdiri, satış meneceri, horeka və topdansatış üzrə menecer, topdansatış şöbəsinin marketinq meneceri, Qərbi Gürcüstanda satışlar üzrə regional menecer, Qənnadı məmulatları üzrə marketinq meneceri kimi çalışıb. Hazırda "VG" (Veyseloglu Georgia) şirkətində İdarə Heyətinin üzvü (İdxalat və Marketinq üzrə) kimi fəaliyyətini davam etdirir.
Ənənəvi pərakəndə və regional brend menecerlər komandasının yaradılması, "VG" şirkətində birbaşa satışlar layihəsinin həyata keçirilməsi, yeni əməkhaqqı, motivasiya və geri qaytarma sisteminin qurulması layihələrində böyük əməyi olub.
Xəzər Universitetinin, İqtisadiyyat və Menecment Məktəbinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə məzunudur.
Mirzəbəy Əbilov danışıqların aparılması, satış qruplarının idarəolunması, şikayətlərlə iş, marketinq araşdırmaları, vaxtın idarəolunması, yazılı danışıqların aparılması ilə bağlı təlim və konfranslarda iştirak edib.