Mustafa Çağlar Kurt
İdarə Heyətinin üzvü (Satınalma üzrə)

Mustafa Çağlar Kurt Veysəloğlu Şirkətlər Qrupuna 2021-ci ildə qatılıb. Hazırda “ARAZ Supermarket”də İdarə Heyətinin üzvü (Satınalma üzrə) kimi çalışır.

Mustafa Çağlar Kurt Marmara Universitetində “Biznesin İdarəedilməsi” ixtisası üzrə bakalavr təhsili, Yeditepe Universitetində isə həmin ixtisas üzrə MBA təhsili alıb. Həmçinin Boğaziçi Universitetinin pərakəndə sektoru üzrə ixtisaslaşmış Metro Management Akademiyasının və EDHEC Auchan International Management Biznes Məktəbinin məzunudur.

20 ilə yaxın peşəkar təcrübəsi olan Mustafa Çağlar Kurt “METRO Cash&Carry Grosmarket” şirkətində kommersiya üzrə nəzarətçisi/satınalma mütəxəssisi, “Romania SRL” şirkətində məişət texnikası və media üzrə kateqoriya meneceri, Ukrayna və Rumıniyada qeyri-qida üzrə bölmə rəhbəri, “Auchan Hypermarket Romania SRL (Metro Group)” şirkətində mövsümi məhsulların alışı üzrə qrup koordinatoru, qeyri-qida və qida məhsullarının satınalması üzrə direktor vəzifələrində çalışıb.

Mustafa Çağlar Kurt fəaliyyət istiqaməti ilə bağlı bir çox beynəlxalq nüfuzlu qurumların təlim və təhsil proqramlarında iştirak edib.