Co Daybel (Joe Dybell)
İdarə Heyətinin sədri

Co Daybel (Joe Dybell) Veysəloğlu Şirkətlər Qrupuna 2021-ci ildə qatılıb. Hazırda “AVT Logistics”də İcraçı Direktor, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Co Daybel (Joe Dybell) Strateji Direktor və Lider, Menecerlər üçün Maliyyə və Pozitiv Güc və Təsiretmə bacarığı, Biznes Strategiyası və Liderlik, Liderlər üçün Altı Sigma təlimləri alıb, həmçinin Böyük Britaniyada yerləşən Cumbria Universitetindən “Beynəlxalq biznes” ixtisası üzrə aspirantura diplomu əldə edib.

Co Daybel (Joe Dybell) 28 ilə yaxın “TESCO” şirkətində fəaliyyət göstərib. Müxtəlif illərdə “TESCO PLC UK” şirkətində Qida Tədarükü üzrə direktor, “TESCO” şirkətinin Çexiya və Slovakiya təmsilçiliklərində Tədarük Zənciri və Logistika üzrə direktor, “TESCO LOTUS THAILAND” şirkətində Tədarük Zənciri direktoru, “DAIRY FARM MALAYSIA” şirkətində Pərakəndə Əməliyyatları və Tədarük Zənciri direktoru vəzifələrində çalışıb. Co Daybel (Joe Dybell) eyni zamanda 2012-ci ildən 2021-ci ilədək “E&O SOLUTIONS” şirkətində İcraçı konsultant vəzifəsini icra edib.