Süleyman Rəhimov
İdarə Heyətinin üzvü (Nəqliyyat üzrə)

23 ildən artıq müddətdə bir sıra iri şirkətlərdə Nəqliyyat şöbəsinin müdiri, İstehsal və Logistika üzrə vitse-prezident, Nəqliyyat şirkətinin İcraçı Direktoru vəzifələrində çalışan Süleyman Rəhimov Veysəloğlu Şirkətlər Qrupuna 2008-ci ildə qatılıb. Hazırda “AVT Logistics”də İdarə Heyətinin üzvü (Nəqliyyat üzrə) kimi çalışır, Dağıtım, Nəqliyyatın istismarı və texniki təminatı strukturuna nəzarət edir.

Süleyman Rəhimov Azərbaycan Dövlət Neft Akademiyasında “Mühəndis-kimyaçı-texnoloq” ixtisası üzrə təhsil alıb. Nəqliyyatın idarə olunması ilə bağlı bir sıra yerli və beynəlxalq təlim və konfransların iştirakçısıdır.

Süleyman Rəhimov Vətən Müharibəsi dövründə hərbi hissələrin hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına yüksək əzmkarlıqla köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub.