Nüsrət Məlikov
Direktor

2020-ci ildən Veysəloğlu Şirkətlər Qrupuna qatılan Nüsrət Məlikov İstehsalat üzrə Qrup Maliyyə müdiri, “Veysəloğlu-Yaycılı Qardaşlar” şirkətində İdarə Heyətinin üzvü kimi çalışıb. Hazırda “Xonça” Fabrikinin direktorudur.

"Ulduz" Şokolad Fabriki, “AVT Construction” şirkəti və “Xonça” Şirniyyat Evi ilə bağlı layihələrdə önəmli töhfəsi olub.

Bakalavr və magistratura təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsində, doktorantura təhsilini həmin universitetin “Maliyyə” fakültəsində alıb.

Nüsrət Məlikov müxtəlif illərdə “Azəralüminium” ASC-də Maliyyə direktoru, “Azerelektroterm” ASC-də Baş Direktorun müavini, “DET-AL Alüminium” MMC-də Mühasibat Departamentinin direktoru, “Bakcell” MMC-də Mühasibat Departamentinin direktoru, “DetAl Holdinq” şirkətində Baş maliyyə direktoru vəzifələrində çalışıb.

DipIFR – Beynəlxalq Maliyyə Hesabatlarının hazırlanması üzrə diplom (ACCA) sahibdir. Amerika Daxili Auditorlar İnstitutunun üzvüdür. Maliyyə Menecmentinin və Korporativ İdarəetmənin Praktik aspektləri, BMHS-a keçməyin praktik aspektləri, MHBS və ABŞ GAAP Mühasibatlığı, Beynəlxalq Mühasibat Uçotu və TACIS auditin tətbiqi üzrə təlim və konfranslarda iştirak edən Nüsrət Məlikov iqtisad elmləri üzrə fəlsəfə doktorudur.