Yuven Makmaon (Ewan McMahon)
İdarə Heyətinin üzvü (Əməliyyatlar üzrə)

2021-ci ildə Veysəloğlu Şirkətlər Qrupu komandasına qatılan Yuven Makmaon (Ewan McMahon) “OBA” marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (Əməliyyatlar üzrə) olaraq fəaliyyət göstərir.

Yuven Makmaon (Ewan McMahon) pərakəndə sektorunda 30 ildən artıq təcrübəyə malikdir. O, müxtəlif illərdə “Tesco” şirkətinin Yaponiya təmsilçiliyində Əməliyyatlar üzrə menecer, Böyük Britaniya təmsilçiliyində Əməliyyatlar direktoru, Türkiyə təmsilçiliyində Baş əməliyyatlar direktoru və İdarə Heyətinin üzvü, “Homebase” şirkətində Pərakəndə əməliyyatları üzrə direktor və İdarə Heyətinin üzvü, “Iceland Foods” Britaniya supermarketlər şəbəkəsində Beynəlxalq əməliyyatlar üzrə direktor, ölkə üzrə Əməliyyatlar direktoru və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

Yuven Makmaon (Ewan McMahon) həmçinin qurucusu olduğu “Ewan McMahon” Biznes Konsaltinq şirkətində İcraçı direktor, uşaqlar üçün ekoloji təmiz məhsulların onlayn şəkildə satışı ilə məşğul olan “MyPura.com” şirkətində İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərir.