Etibar Yolçuyev
İdarə Heyətinin üzvü

2020-ci ildə Veysəloğlu Şirkətlər Qrupuna qatılan Etibar Yolçuyev fəaliyyətinə Marketinq Departamentində kateqoriya müdiri kimi başlayıb. Hazırda “Vesta-Horeka” şirkətində Biznesin inkişafı şöbəsinin müdiri, İdarə Heyətinin üzvü kimi çalışır.

Ali təhsilini Odessa Milli Rabitə Akademiyasında alıb və rabitə sahəsində çalışıb.

Biznesin idarə edilməsində 25 ildən artıq təcrübəyə malik Etibar Yolçuyev müxtəlif illərdə ABŞ, Almaniya və Fransa şirkətlərinin Ukrayna və Qazaxıstan bazarlarında ekspansiyalarında iştirak edib, Qazaxıstanın yerli pərakəndə şəbəkələrində Əməliyyat direktoru olub.

Etibar Yolçuyev Almaniya, Fransa, Macarıstan, Rusiya və Ukraynada keçirilən maliyyə, əməliyyat, biznes, CRM, PR istiqamətində bir sıra təlim və proqramların iştirakçısıdır.