- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Veysəloğlu Şirkətlər Qrupuna 2022-ci ildə “Veysəloğlu Distribusiya” şirkətinin İdarə Heyətinin sədri kimi qoşulan Qabil Əhmədov satış və marketinq sahəsində 20 ildən çox yerli və beynəlxalq təcrübəyə malik olan bir peşəkardır.
Qabil Əhmədov karyerasına 1999-cu ildə FMCG (alıcılıq qabiliyyəti yüksək olan ərzaqlar) sektorunun satış sahəsində başlayıb. Rəhbər vəzifələrdə fəaliyyətə 2001-ci ildən etibarən “Colgate-Palmolive” şirkətinin Azərbaycan üzrə satış meneceri olaraq başlayıb və sonrakı illərdə şirkətin Azərbaycan və Gürcüstan üzrə satış meneceri olaraq fəaliyyətini davam etdirib. 2004-2005-ci illərdə “Hunca Kozmetik” şirkətinin ərazi ixrac meneceri olaraq çalışıb, 2005-2007-ci illərdə “Colgate-Palmolive” şirkətinin Tacikistan, Türkmənistan və Monqolustan üzrə ölkə meneceri vəzifəsinə yüksəldilib. Qabil Əhmədov 2007-2011-ci illərdə “Henkel Mərkəzi və Şərqi Avropa” şirkətinin Qafqaz nümayəndəliyinin Azərbaycan üzrə regional satış və marketinq meneceri vəzifələrində çalışıb. O, 2011-2018-ci illər ərzində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə Azərbaycan nümayəndəliyinin ölkə meneceri, Özbəkistan üzrə ölkə meneceri, “Coca-Cola Uzbekistan Bottlers” şirkətində Baş direktorun müavini kimi müxtəlif rəhbər funksiyalarda fəaliyyət göstərib. 2019-2022-ci illərdə “Mars Overseas (Pepsi Bottlers Azerbaijan)” və “AzFPCo (“Milla” süd markası)” şirkətlərində Baş İcraçı Direktor vəzifələrində çalışıb.
Qabil Əhmədov bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat” ixtisası üzrə alıb. Harvard Biznes Məktəbinin “LEAP 2.0, Leadership Excellence Accelerates Performance” liderlik proqramı, “Coca-Cola” şirkətinin Hindistanda təşkil etdiyi “Pegasus Program, Leaders of the Future” sertifikatlarına malikdir.