Zaur Zeynalov
İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə)

İnsan resurslarının idarəedilməsi sahəsində 14 ildən artıq iş təcrübəsinə malik olan Zaur Zeynalov Veysəloğlu Şirkətlər Qrupuna 2017-ci ildə İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin rəhbəri olaraq qoşulub. Daha sonra Qrup Müşahidə Şurasının Protokol direktoru vəzifəsini icra edib. Zaur Zeynalov 2022-ci ildən “Araz Supermarket”də İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) olaraq fəaliyyət göstərir. İnsan resursları, SƏTƏM, İnzibati işlər, Daxili kommunikasiya strukturlarına rəhbərlik edir.

Zaur Zeynalov ali təhsilini 2006-cı ildə Milli Aviasiya Akademiyasında “İqtisadiyyat və Hüquq” fakültəsində “Menecment” ixtisası üzrə alıb. Lean Six Sigma üzrə yaşıl kəmər, insan resursları idarəetməsi üzrə SHRM-SCP sertifikatlarına yiyələnib. 2021-ci ildə Harvard Business School-un CORe proqramı çərçivəsində biznes analitikası, menecerlər üçün iqtisadiyyat və maliyyə idarəetməsi istiqamətində təhsilini artırıb.

Zaur Zeynalov ölkənin qabaqcıl istehsal müəssisələrində, distribusiya və pərakəndə satış şirkətlərində müasir insan resursları idarəetmə sistemlərini tətbiq edib, təşkilati strukturların və iş proseslərinin effektiv qurulması ilə bağlı bir çox layihələrin icrasına rəhbərlik edib.