- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Ziya Məmmədov 15 illik peşəkar fəaliyyəti ərzində 7 ilə yaxın PwC Azərbaycan şirkətində, 4 ilə yaxın müddət ərzində isə KPMG Azərbaycan şirkətində çalışmışdır. KPMG şirkətində çalışdığı son 2 ildə audit departamentinə rəhbərlik edib. Ölkəmizin istehsal və satış sahələrində fəaliyyət göstərən iri şirkətlər qrupunda 3 il ərzində Maliyyə direktoru və İdarə Heyəti üzvü vəzifələrini tutub.
Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə, magistratura təhsilini isə “Maliyyə və kredit” ixtisası üzrə tamamlayıb. Daxili audit sahəsində yerli və beynəlxalq təlimlərə qatılaraq yeni bilik və bacarıqlar qazanan Ziya Məmmədov 2010-cu ildən İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür. Böyük Dördlük şirkətlərində çalışdığı müddətdə audit, maliyyə və mühasibatlıq, risk menecment və s. texniki və idarəetmə mövzularında ölkə daxilində və xaricdə keçirilmiş çoxsaylı təlimlər, forumlar və seminarlarda iştirakçı və məruzəçi qismində çıxış etmişdir.
Ziya Məmmədov 2020-ci ildən peşəkar karyerasını Veysəloğlu Şirkətlər Qrupunda Daxili Audit Departamentinin müdiri vəzifəsində davam etdirib. 2022-ci ildən isə “Veysəloğlu Distribusiya” şirkətinin İdarə Heyətinin üzvü (Maliyyə üzrə) kimi çalışır.