Hikmət Əliyev
İdarə Heyətinin üzvü (Marketinq üzrə)

2022-ci ildə Veysəloğlu Şirkətlər Qrupu komandasına qatılan Hikmət Əliyev “OBA” marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (Marketinq üzrə) olaraq fəaliyyət göstərir.

Hikmət Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, Ankara Universitetində “Menecment” ixtisası üzrə magistr təhsili alıb.

O, müxtəlif illərdə “Endlessideas” MMC, “NBC Bank” ASC , “Meguin Oils of Germany”, “International Trade Company” MMC , “Technol” MMC , “Smart Home Baku” MMC, “Crystal Group of Companies” ASC, “Alyans Tekstil” MMC kimi şirkətlərdə fəaliyyət göstərib.

Hikmət Əliyev marketinq ilə bağlı bir sıra yerli və beynəlxalq təlim proqramlarının iştirakçısıdır.