- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Natəvan İbrahimova 1982-ci ildə Kürdəmir şəhərində anadan olub.
Bakalavr təhsilini “Tətbiqi riyaziyyat və kibernetika” ixtisası üzrə 2003-cü ildə Bakı Dövlət Universitetində alan Natəvan İbrahimova 2005-ci ildə həmin universitetin eyni ixtisası üzrə magistr diplomuna yiyələnib. 2019-2021-ci illərdə dünyanın qabaqcıl biznes məktəblərindən ESCP Business School-da Executive MBA dərəcəsi qazanıb.
Mütəmadi olaraq maliyyə və idarəetmə üzrə beynəlxalq təlim və konfranslarda iştirak edən Natəvan İbrahimova Ostin Texas Universitetinin (ESCP Aparıcı İnnovasiyalar və İnkişaf üzrə) və Şanxay Jiao Tonq Universitetinin (ESCP Europe Çin modeli üzrə) sertifikatlarını qazanıb. Həmçinin Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diploma (ACCA DipIFR) sahibdir.
Natəvan İbrahimova iş təcrübəsinə 2005-ci ildə “Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib.
Şirkətlər Qrupunda fəaliyyəti zamanı xarici maliyyə institutları (EBRD, DEG) ilə münasibətlərin qurulması, seqmental idarəetmə uçotunun və hesabatvermə işlərinin təşkili, xərc optimallaşma və ERP sisteminin (Logo Tiger) tətbiqi kimi böyük layihələrin icrasında xüsusi rol oynayıb.
Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü olan Natəvan İbrahimova eyni zamanda Rəqəmsal Transformasiya (SAP layihəsi), Qrup üzrə Maliyyə və İnformasiya Texnologiyaları Funksiyalarına da rəhbərlik edib. 2022-ci ilin iyul ayında Natəvan İbrahimova “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.