Vüsal Şərifov
Müşahidə Şurasının üzvü

Vüsal Şərifov 1979-cu ildə Beyləqan rayonunda anadan olub.

Ali təhsilini İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetində tamamlayıb. Daha sonra Swiss Montreux Business School-da “Strateji idarəetmə” ixtisası üzrə təhsil alıb. Avstriya, Norveç, Böyük Britaniya, Rusiya, Türkiyə kimi ölkələrdə pərakəndə sektor, marketinq, FMCG sahəsi ilə bağlı bir sıra beynəlxalq konfrans və təlimlərdə iştirak edib.

Vüsal Şərifov karyerasına 1997-ci ildə topdansatış sahəsində başlayıb. 2002-ci ildə “Veysəloğlu Distribusiya” şirkətində satış meneceri və satış departament direktoru olub, daha sonra “Ulduz” Şokolad Fabrikində kommersiya direktoru və icraçı direktor, “Araz” supermarketlər şəbəkəsində kommersiya direktoru və icraçı direktor, “OBA” marketlər şəbəkəsində biznesin inkişafı direktoru vəzifələrində çalışıb.

Vüsal Şərifovun icraçı direktor olduğu dövrlərdə “Ulduz” Şokolad Fabriki “Platin” medalı əldə edib və 2011-ci ildə “İlin şirkəti”, 2013-cü ildə “İlin məhsulu” mükafatına layiq görülüb.

2016-2022-ci (iyul, 2022) illər ərzində “OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.