- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
İnsan resurslarının idarəedilməsi sahəsində 14 ildən artıq iş təcrübəsinə malik olan Zaur Zeynalov Veysəloğlu Şirkətlər Qrupuna 2017-ci ildə İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin rəhbəri olaraq qoşulub. Daha sonra Qrup Müşahidə Şurasının Protokol direktoru vəzifəsini icra edib. Mütəxəssis bir müddət “Araz Supermarket”də İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) olaraq fəaliyyət göstərib. İnsan resursları, SƏTƏM, İnzibati işlər, Daxili kommunikasiya strukturlarına rəhbərlik edib. Zaur Zeynalov 2023-cü ildən Qrup CEO Ofisinin Direktoru vəzifəsinə təyin edilib.
Zaur Zeynalov ali təhsilini 2006-cı ildə Milli Aviasiya Akademiyasında “İqtisadiyyat və Hüquq” fakültəsində “Menecment” ixtisası üzrə alıb. Lean Six Sigma üzrə yaşıl kəmər, insan resursları idarəetməsi üzrə SHRM-SCP sertifikatlarına yiyələnib. 2021-ci ildə Harvard Business School-un CORe proqramı çərçivəsində biznes analitikası, menecerlər üçün iqtisadiyyat və maliyyə idarəetməsi istiqamətində təhsilini artırıb.
Zaur Zeynalov ölkənin qabaqcıl istehsal müəssisələrində, distribusiya və pərakəndə satış şirkətlərində müasir insan resursları idarəetmə sistemlərini tətbiq edib, təşkilati strukturların və iş proseslərinin effektiv qurulması ilə bağlı bir çox layihələrin icrasına rəhbərlik edib.