- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Əməkdaşlarımız, müştərilərimiz və tərəfdaşlarımızla münasibətdə ədalətli olmaq əsas prinsipimizdir. Doğru olanı etmə cəsarətinə sahibik və bu yolda tərəfdaşlarımızın bizə olan etimadı ən dəyərli sərvətimizdir. Biz şəffaf və düzgün fəaliyyət göstərmək öhdəliyini götürmüşük və bütün bazar oyunçuları, həmçinin rəqiblərlə hörmətə və biznes etikasına əsaslanan münasibətlər qururuq.
Bizim üçün əməkdaşlıq ortaq hədəflərə çatmaq üçün komanda üzvlərinin bir-birini dəstəkləməsi, zəif cəhətlərini tamamlaması və birlikdə inkişafıdır. Uğurlu əməkdaşlığın əsası qarşılıqlı hörmət və etimaddır. Müştəri və əməkdaşlarımıza biznes tərəfdaşı kimi yanaşırıq və onlara etibar edirik.
Bizə olan etimadı doğrultmağı və gözləntiləri aşmağı hədəfləyirik. Müştərilərimizə keyfiyyətli məhsul və xidmət, həmçinin münasib qiymət, əməkdaşlarımıza stabil iş mühiti, inkişaf imkanları və ideyalarını reallaşdırma şəraiti təqdim edirik. Bizim üçün müştəri ilə yanaşı, əməkdaşlarımız da dəyərli aktivdir. Müştərilərimizin aldığı xidmətdən, əməkdaşlarımızın isə yerinə yetirdiyi işdən razı qalmasına nail olmağa çalışırıq.
Fəaliyyətimizin əsasında xidmətdə yenilik, müştəri məmnuniyyəti və sədaqətini qazanmaq dayanır. Dinamik və rəqabətli bazarda inkişaf üçün daim yenifikirli və yaradıcı olmağa çalışırıq. Bizim üçün yenilikçilik təcrübəmizdən öyrənmək, müştərilərimizi və əməkdaşlarımızı dinləməklə yeni konseptlər yaratmaqdır. İnkişafımızı innovativ olmağa borcluyuq, yenilikləri tətbiq etməklə kifayətlənmirik, yenilikləri yaradırıq.
Cəmiyyət, əməkdaş və tərəfdaşlarımız, eləcə də ətraf mühit ilə bağlı məsuliyyətimizin fərqindəyik. Ətraf mühitin mühafizəsinə, yenidən emala və rəqəmsallaşmağa xüsusi diqqət ayırırıq. Hədəfimiz dayanıqlı inkişaf və ümumi rifah naminə cəmiyyət və şirkətimizin bütün maraq qrupları üçün uzunmüddətli ortaq dəyərlər yaratmaq və inkişaf etdirməkdir.