27 ildir ki, hər bayramı xalqımız
ilə birgə qeyd etməkdən qürur duyuruq. Bərəkət paylaşdıqca çoxalar. Dözümlülük,
sevgi, hörmət, birlik və həmrəylik kimi vacib dəyərləri bölüşdüyümüz müqəddəs
Ramazan və Qurban bayramları münasibəti ilə ənənəmizə sadiq qalaraq, 2021-ci
ildə də Bakı, Sumqayıt şəhərləri və regionlarda yaşayan əhalinin həssas
qruplarından olan nümayəndələrini, 170-dən çox Qarabağ qazisi, şəhid ailəsi və
aztəminatlı ailəni ziyarət etdik, onlara bayram sovqatı təqdim edərək bayram
sevinci yaşatdıq.
Veysəloğlu Şirkətlər Qrupu
olaraq, yardımsevərliyin ümumi ictimai rifaha və cəmiyyətin bir-birinə mənəvi
bağlılığının formalaşmasına müsbət təsir edəcəyinə inanır və bu məqsədlə korporativ
sosial məsuliyyət layihəsi çərçivəsində əhəmiyyət kəsb edən addımlar atmağa
davam edirik.