- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsini genişləndirərək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Anlaşma Memorandumu imzaladıq.
Əməkdaşlıq çərçivəsində tərəflər təcrübə mübadiləsi edəcək, əmək bazarında ciddi zərurət olan peşə və yüksək peşə hazırlıqlı kadrların yetişdirilməsi və işlə təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memoranduma görə, razılaşdırılmış istiqamətlər üzrə peşə və yüksək peşə təhsili alanların istehsalat təcrübə proqramlarında iştirakının təmin edilməsi, Şirkətlər Qrupunda texniki peşə sahiblərinin ixtisaslarının artırılması və əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində işlər görüləcək.
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.