- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
1 noyabrda Veysəloğlu Şirkətlər Qrupuna təşkil edilən media-tur çərçivəsində jurnalistlər Cənubi Qafqazın ən böyük qapalı anbarı, 2022-ci ildə istifadəyə hazır olacaq yeni təzə və dondurulmuş logistika mərkəzi, şirniyyat və un məmulatlarının istehsalı, ət istehsalı və ketrinq xidmətləri istiqamətlərində fəaliyyət göstərən milli brend “Xonça” Fabriki, Azərbaycan bazarında ilk dəfə “Qlütensiz” və “Milföy” məhsullarının istehsal edilərək satışı, gündəlik 10.000 porsiya yemək hazırlamaq potensialına malik mətbəx və digər yeniliklər barədə elə yerindəcə tanış oldular.
“AVT LOGİSTİKA” MMC və “Xonça” Fabrikindəki iş prosesini izləyən media nümayəndələri sonda öz mətbəx bacarıqlarını nümayiş etdirərək tort hazırladılar və çay süfrəsində maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.