Veysəloğlu Şirkətlər Qrupuna virtual tur edək!

Ölkə iqtisadiyyatının inkişafında strateji rolu olan Şirkətlər Qrupumuzun fəaliyyət istiqamətləri və buradakı iş mühitini anlatmaq üçün bir film hazırladıq. Bu filmi izləməklə hər biriniz Veysəloğlu Şirkətlər Qrupuna virtual tur edəcəksiniz: https://www.youtube.com/watch?v=bXteODW-8RA

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur.

Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir.

Cəmiyyət üçün dəyər yaratmaq, gələcək nəslin daha yaxşı bir dünyada yaşamasına töhfə vermək və insanların sosial rifahını dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.