“Sevdiyimiz qidalardan imtina etmədən sağlam qalmağın yolları” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 18 oktyabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir:Sevdiyimiz qidalardan imtina etmədən sağlam qalmağın yolları”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Xonça” Fabrikinin İstehsalat Departamentinin müdiri Rəhman Ələkbərov olacaq. Digər qonaq qismində isə 23 illik iş təcrübəsinə malik olan həkim, eyni zamanda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin həkim-diyetoloqu Şəfa Yadigarova iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.