Marketə məhsullar haradan gəlir?

Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” və “OBA” marketlərində alış-veriş edən zaman bu məhsulların haradan gəldiyi barədə düşünürük. Bu suala cavab tapmaq üçün Şirkətlər Qrupuna aid olan logistik mərkəzdən reportaj hazırladıq.

Ölkənin 10 bölgəsində Veysəloğlu Şirkətlər Qrupunun lokal anbarları və platformaları var və burada iş müasir texnologiyalar əsasında qurulub.

https://www.youtube.com/watch?v=VziRdlRHi1E

Məhsullar müştərilərə çatdırılanadək xüsusi rəflərdə çeşidlənir, keyfiyyətə nəzarət prosesindən keçdikdən sonra soyuduculu yük maşınları ilə marketlərə daşınır.

Ümumiyyətlə, anbar dedikdə, insanın ağlına yalnız kişilərin çalışdığı iş yeri gəlir. Bəs əslində necədir?

https://www.youtube.com/watch?v=vQJ7By3QXjk

Logistika Mərkəzində yük avtomobillərinə həm təhlükəsizlik, həm də keyfiyyətə nəzarət baxımından GPS vasitəsilə nəzarət edilir. Bununla da həm sürücülərin, həm də ümumi ictimaiyyətin təhlükəsizliyi təmin olunur. Ümumiyyətlə, burada iş yerinin təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilir.

https://www.youtube.com/watch?v=-r1l8vBADJ8

Karyerasını logistika istiqamətində qurmaq istəyənlər üçün 200 yeni iş yeri elan olunur. İşə qəbulla bağlı maraqlananlar 055 400 85 83055 253 18 06 nömrələrinə zəng edə və ya vatsap vasitəsilə əlaqə saxlaya bilərlər.