“Qış mövsümünə qida tədarükü” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 15 noyabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir: “Qış mövsümünə qida tədarükü”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyətə nəzarət departamentinin müdiri Aslan Aslanov olacaq. Digər qonaq qismində isə yemək bloqçusu Elmira Qədirova iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.