“Yağ haqqında nələri bilməliyik?” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 6 dekabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir: “Yağ haqqında nələri bilməliyik?”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid “Araz” supermarketlər şəbəkəsində Keyfiyyətin idarəedilməsi departamentinin müdiri Safura Qafarova olacaq. Digər qonaq qismində isə “Qənnadıçı-şirniyyatçı” peşə ixtisası üzrə təlimçi-ekspert Gülnar Rəsulova iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.