“Çərəz və quru meyvələr haqqında hər şey” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 31 yanvar saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir: “Çərəz və quru meyvələr haqqında hər şey”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid Logistika Mərkəzində keyfiyyətə nəzarət üzrə məsul şəxs Emil Qədirov olacaq. Digər qonaq qismində isə həkim-terapevt Sübhan Hacıyev iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.